AZ

Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO

Qusar Rayon Heydər Əliyev Mərkəzində gənclər arasında “Qəhrəmanların yolu” adlı intellektual yarış təşkil olunub.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar rayonunun şəhər və kənd məktəblərini təmsil edən 8-ci sinif şagirdlərindən ibarət 7 komandanın iştirakı ilə keçirilmiş yarışda məktəblilər 2 turda rəqabət aparıblar.

Sonda yarışın iştirakçıları və qalib komandalar diplom və medallarla təltif olunublar.
 

Həmçinin Qusar Rayon Veteranlar Təşkilatı və Qusar Dövlət Ləzgi Dram Teatrının birgə təşkilatçılığı  ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Şəhid anası” adlı tədbir keçirilib.


Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Qusar Veteranlar Təşkilatının Sədri Faiq Qardaşov, həmçinin şəhid bacısı və müharibə iştirakçısı çıxış edərək, Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs ediblər.
 

Bundan əlavə, Qusar Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.


Qusar rayonunun təhsil müəssisələrində də 8 Noyabr-Zəfər Günü, 9 Noyabr-Dövlət Bayrağı Günü, 12 Noyabr-Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
23
1
bizim.media

2Mənbələr