Azərbaycan üzərindən Ermənistana yük daşımaları davam edir.
Xezerxeber.az xəbər verir ki, bu gün Ermənistana yola salınacaq növbəti qatar Biləcəri stansiyasına çatıb.
Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Azərbaycandan tranzit keçməklə Ermənistana yükdaşımalar davam edəcək.
Qeyd edək ki, taxıl yüklü vaqonlar Gürcüstana keçməklə Ermənistanın Dalarik stansiyasına gedəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.