AZ

Lukaşenko: Hər səhər kənd təsərrüfatı və müharibə haqqında düşünürəm

BAKI, 6 noyabr. TELEQRAF

Hər səhər kənd təsərrüfatı və ölkəmizdə müharibənin mümkün gəlişinin qarşısını almaq haqqında düşünürəm.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Yuxudan oyananda xəyalımda taxıl biçməyi və ya 100 min başlıq donuz ferması tikməyi canlandırıram. Bir də Ukraynadakı müharibənin ölkəmizə də keçə biləcəyini düşünəndə narahat oluram" - deyə, Lukaşenko bildirib.

O etiraf edib ki, hazırda vəziyyət ağırdır: "Vəziyyət çox çətindir. Mən sadəcə olaraq hər şeyi sizin boynunuza atmıram. Mən həmişə sizdən bir şeyi xahiş etmişəm: mənə iqtisadiyyatı verin. Mənə körpülər, yollar, süd, ət və s. verin. Hərbi məsələlərə gəlincə, mən cavabdehəm, təhlükəsizlik mənim məsuliyyətimdir".

Seçilən
56
teleqraf.com

1Mənbələr