AZ

Bako Saakyan məhkəmədə özünü “təhqir etdi”

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında Bako Saakyanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər sübuta yetirilib.

Globalinfo.az xəbər verir ki, hazırda ittiham olunan şəxslər arasında yeganə hüquqşünas diplomlu şəxs olan Bako Saakyanın etnik təmizləməni, təcavüzkar müharibəni, suveren ərazilərin işğalını və digər çoxsaylı cinayətkar əməlləri təkzib etməsi insani və əxlaqi dəyərlərin təhqiri kimi qiymətləndirilir. Məhkəmədə vurğulanıb ki, bu davranışlara özünə rəvac verən şəxsin ədalət, obyektivlik və mənəvi dəyərlərdən danışmağa haqqı yoxdur.

Məlum olub ki, Bako Saakyan Azərbaycan qarşı aparılan təcavüzkar müharibəyə, etnik təmizləmə siyasətinə və ağır cinayətlərin törədilməsinə birbaşa rəhbərlik edən Serj Sarkisyanın köməkçisi olub. Məhkəmə istintaqı zamanı onun 1988-ci ildən bəri formalaşan cinayətkar ideologiyaya və işğalçılıq siyasətinə sadiqliyi də sübut edilib.

Həmçinin, məhkəmədə tədqiq edilən Bako Saakyanın müsahibələri onun törətdiyi cinayətlərin təsdiqi kimi təqdim olunub. Prokurorun sözlərinə görə, 1988–2023-cü illərdə davam edən təcavüzkar müharibə dövründə Saakyan cinayətkar birliyin tərkibində terror aktları, soyqırımı, əhalini məhvetmə, köləlik, insanları zorakılıqla yoxa çıxarma, qəsdən adam öldürmə və qanunsuz sahibkarlıq kimi çoxsaylı cinayət əməllərində iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
globalinfo.az

1Mənbələr