Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Pakistanın paytaxtı İslamabadda müxtəlif binalar 8 Noyabr – Zəfər günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Axşam.az xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov öz “X” hesabında paylaşım edib.
İslabaddakı binalar, o cümlədən Pakistan Baş Nazirinin Ofisi, Parlament və Ali Məhkəmə, Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.