AZ

Zəfərin və Bayrağın birliyi – Qürurumuz, Şərəfimiz!” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin və Bayrağın birliyi – Qürurumuz, Şərəfimiz!” adlı tədbir keçirilib.Tədbirdə əvvəlcə məktəbin foyesində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib önünə gül dəstələri düzülüb.

Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və məktəbin direktoru,Ərazi Partiya təşkilatının sədri İsmət Nəcəfov tədbir iştirakçılarını salamlayaraq bu iki möhtəşəm bayramın – Zəfər və Bayraq Günlərinin xalqımız üçün böyük mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulayıblar.Natiqlər qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının və dövlətinin qüdrətinin, xalqımızın birliyinin, igid oğullarımızın qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsidir. Qazanılan bu möhtəşəm Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, xalqımıza misilsiz qürur və iftixar hissi bəxş edib.Çıxışlarda həmçinin bildirilib ki, 9 Noyabr – Dövlət Bayrağı Günü müstəqil Azərbaycan dövlətçiliyinin rəmzlərindən biri kimi xalqımızın milli qürur və vəhdət simvoludur.Tədbirdə məktəblilərə Zəfər Gününün və Bayraq Gününün tarixi əhəmiyyəti barədə geniş məlumat verilib, bu dəyərlərin qorunmasının hər bir azərbaycanlının müqəddəs borcu olduğu vurğulanıb.Qeyd olunub ki, işğaldan azad edilmiş torpaqlarımız, müstəqil dövlətimiz və çiçəklənən Azərbaycanımız gələcək nəsillərə əmanətdir.Gənclər bu əmanəti qorumaq, Vətənə sədaqətlə xidmət etmək və qəhrəman şəhidlərimizə layiq övladlar kimi yetişmək məsuliyyətini daşıyırlar.Tədbir məktəblilərin fəal iştirakı ilə sual-cavab formatında davam edib.

Seçilən
21
1
yeniazerbaycan.com

2Mənbələr