Ağdam Rayon Mərkəzi Xəstəxanası müxtəlif növ mal-material və avadanlıqların alınması üçün tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 26.215,77 AZN təşkil edir.
Tender çərçivəsində xəstəxana şüşə silmək üçün maye, maye sabun, qab süngərləri, boru açan vasitələr, led panellər və digər təsərrüfat mallarını əldə edəcək. Məsələn, 31 ədəd şüşə silmək üçün maye, 30 ədəd 5 litrlik maye sabun, 50 ədəd paslanmayan qab süngəri, 15 litr boru açan vasitə, həmçinin müxtəlif ölçülü led panellər satın alınacaq.