AZ

HƏMAS Avstriyadakı yəhudilərə qarşı terror aktı planlaşdırıb - Gizli silah anbarı aşkarlandı

Avstriyanın daxili kəşfiyyat xidməti Vyanada HƏMAS-la əlaqəli olduğu güman edilən və “Avropada mümkün terror aktları” üçün nəzərdə tutulmuş silah anbarı tapıb.

Bizim.Media xəbər verir ki, paytaxtda icarəyə götürülmüş anbar sahəsində içində 5 tapança və 10 daraq olan çemodan aşkar edilib.
 

Ölkənin Daxili İşlər Nazirliyi qeyd edib ki, HƏMAS-la əlaqəli beynəlxalq terror təşkilatına qarşı genişmiqyaslı istintaq çərçivəsində 39 yaşlı Britaniya vətəndaşı həbs olunub.


Onun bu gizli anbarla sıx əlaqələrinin olduğu ehtimal edilir. Nazirliyin açıqlamasında vurğulanır ki, istintaqın hazırkı gedişatına görə, hücumların hədəfi çox güman ki, Avropadakı İsrail və ya yəhudi müəssisələri olub.

Bizim.Media

Seçilən
41
4
bizim.media

5Mənbələr