ain.az, Axsham.az portalına istinadən məlumat verir.
Əməkdar artist Nailə İslamzadə "Qonaqcanlı" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, İslamzadə proqramda “Reytinq xətrinə veriliş aparardınızmı” sualına belə cavab verib:
“Bu sual mənim xarakterimə zidd olan bir şeydir. Bunu heç vaxt etməmişəm, etmərəm də. Ümumiyyətlə götürəndə, o reytinq sözü əvvəllər yox idi. "Ailələr, talelər" verilişi efirə gedəndə deyirdilər ki, rayonlarda oğurluq və cinayət halları azalır. İnsanlar yığışıb televiziyaya baxırdılar.
O ki qaldı, reytinq sözü nədir, onu anlamaq istəmirəm. Bu reytinqi ölçən kimdir? O cihazları haradan tapırlar, onu necə hesablayırlar? Mənim üçün ən böyük reytinq işimi yaxşı görməkdir. İnsan qarşısında səmimi olmaq və onlara faydalı bir məlumat verməkdir.
Televiziyanın üç böyük istiqaməti var: informasiya, maarifləndirmə və əyləncə. Bunların hər birindən tamaşaçı fayda götürməlidir. Əyləncə asan deyil. İnsanları ağlatmaq, güldürməkdən asandır. İnsanlar əylənirsə, maariflənirsə, doğru informasiya alırlarsa, bu, bizim ən böyük uğurumuz, reytinqimizdir. Amma kimisə qarşı-qarşıya qoyub danışdırmaq, bu, reytinq deyil".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.