AZ

Balansında vəsait olmayanlar bir dəfəlik keçiddən necə istifadə edəcəklər?VİDEO

Avtobuslarda da gedişhaqqını bank kartları ilə ödəmək mümkün olacaq.

Xezerxeber.az xəbər verir ki, ilin sonunadək Bakıda marşrut avtobuslarında bu sistemin tam tətbiqi nəzərdə tutulur.

Sərnişinlər deyirlər ki, bu addım metro ilə yanaşı, avtobuslarda da eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.

"Bakı Kart"ın operatoru - "K Group" MMC-nn müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova "Xəzər Xəbər"ə bildirib ki, ilin sonunadək bütün marşrut avtobuslarında da NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq. Qeyd edilib ki, bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur.

Mehriban Əhmədovanın sözlərinə görə, bu ödəniş sistemi balansda kifayət qədər vəsait olmasa belə, birdəfəlik keçid imkanı təqdim edəcək. Növbəti gedişdən əvvəl isə istifadəçi kart balansını artıraraq əvvəlki ödənişi tamamlamalıdır.

Şirkət rəsmisi onu da qeyd edib ki, bu yenilik bütün yerli bank sektorunu əhatə edir, yəni istənilən bank kartı ilə avtobuslarda gedişhaqqının ödənişi mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
27
1
xezerxeber.az

2Mənbələr