Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Kriştianu Ronaldo Portuqaliya millisi haqda iddialı fikirlər səsləndirib.
QOL.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo Argentina yığmasının böyük turnirlərdə qələbəyə öyrəşdiyini, Portuqaliyanın isə belə uğurları yalnız onun dövründə qazandığını deyib:
“Argentina və Braziliya böyük turnirlərdə qazanmağa öyrəşib. Messi gəlməzdən əvvəl Argentina artıq dünya çempionluğu yaşamışdı. Amma Portuqaliya mən gələnədək heç nə qazanmamışdı. Mən Portuqaliya ilə üç titul qazanmışam və bununla qürur duyuram”.
Qeyd edək ki, Ronaldo Portuqaliya ilə Avro-2016-nın qalibi olub və iki dəfə Millətlər Liqasını qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.