AZ

Gümrü meri xəstəxanalıq oldu

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Əvvəllər rüşvət ittihamı ilə həbs edilən Ermənistanın Gümri şəhərinin meri Vardan Qukasyan xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti Kentron həbsxanasında pisləşib.

Globalinfo.az bildirir ki, bu barədə Qukasyanın vəkili Zarui Postancyan məlumat verib.

“İrəvanın Kentron həbsxanasında saxlanılan Gümrü meri Vardan Qukasyanın səhhəti kəskin şəkildə pisləşib. Həbsxana işçiləri dərhal təcili yardım çağırıblar və o, Müqəddəs Qriqor Lusavoriç adına Tibb Mərkəzinə aparılıb”, – Postancyan Facebook-da yazıb.

O, bildirib ki, Qukasyanın səhhəti və sonrakı tədbirlər barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, məhkəmə qərarı ilə Qukasyan iki ay müddətinə həbs cəzasına məhkum edilib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
globalinfo.az

1Mənbələr