AZ

Timur İvanovun keçmiş xanımı müsadirə olunmalı avtomobili satdı

Rusiya Müdafiə nazirinin sabiq müavini Timur İvanovun keçmiş həyat yoldaşı ona məxsus Chevrolet markalı avtomobili satıb.

Musavat.com xəbər verir ki, sözügedən avtomobilin Baş Prokurorluq tərəfindən müsadirə olunması tələb edilmişdi.

Rusiya mediasının məlumatına görə, avtomobil satışa çıxarıldıqdan qısa müddət sonra alıcı tapılıb. Hüquqşünaslar bildirirlər ki, satış əməliyyatı müsadirə prosesinə təsir edə bilər və bu məsələ hazırda araşdırılır. 

 

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr