AZ

Ailə mübahisəsi faciə ilə bitdi: Oğul atasını öldürdü, meyiti gizlətməyə çalışdı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Balakən rayonun 2008-ci il təvəllüdlü Cavid Bayramov ailə münaqişəsi zəminində 1975-ci il təvəllüdlü atası Qəhrəmanı qətlə yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 22 dekabr 2023-cü ildə baş verib. Cavid həmin gün saat 16-17 radələrində birlikdə yaşadıqları evlərinin mətbəxində atası Qəhrəmanın anası Arzu ilə mübahisə edərkən onun boğazına bıçaq dirəməsindən, təhqir etməsindən, öldürməklə hədələməsindən və döyməsindən əsəbləşib. O, əvvəlcədən qonşusuna vermək məqsədi ilə mətbəxin eyvanından götürüb, lakin həmin mübahisənin böyüməsindən qorxaraq qonaq otağında saxladığı balta ilə mətbəxə keçib və Qəhrəmanın arxa tərəfdən başının ənsə nahiyəsinin yuxarı hissəsindən köndələn istiqamətdə vurub. Daha sonra zərbənin təsirindən arxası üstə döşəmə üzərinə yıxılmasını gördükdə isə balta ilə atasının sifətinin sağ və sol almacıq nahiyələrindən 2 dəfə vurub. Qəhrəman Bayramov aldığı xəsarətlərdən ölüb. Hadisəni törədən Q. Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evdə olan zaman anası balığı doğramaq üçün onu qonşuya baltalarını götürməyə göndərib: “Mən də birinci mərtəbədə yaşayan Məryəmgildən baltanı götürərək evə qayıtdım. Anam balığı doğradıqdan sonra həmin baltanı eyvana qoydum. Bir müddət sonra mətbəxdən anam ilə atamın mübahisə etdiklərini eşitdim. Atam anamın üstünə qışqırdı. Daha sonra eyvandakı baltanı götürərək qonşuya geri vermək üçün eyvana çıxdığım zaman atamın araq içə-içə anamla mübahisə etdiyini gördüm. Baltanı götürərək evdən çıxmağı qərara alsam da, atamın daha da əsəbləşdiyini, əvvəlkinə nisbətən çox qışqırdığını gördüm. Evdən çıxmaq fikrindən yayındım və baltanı qonaq otağına qoyaraq anamla atamın danışığına qulaq asdım. Atamın anama nəsə edər deyə evdən çıxmadım. Onlar olan tərəfə baxan zaman atam əlinə bıçaq götürdü, anamın boğazına dirədiyini gördüm. Atamın anamı öldürəcəyindən qorxaraq qonaq otağına qoyduğum baltanı götürdüm. Anamı xilas eləmək üçün atama arxa tərəfdən yaxınlaşaraq onun başının arxasından balta ilə vurdum. Atam arxası üstə yerə yıxıldıqda anam bunu görərək qorxdu. Məni atamdan uzaqlaşdırmağa çalışsa da, əlimdəki balta ilə atamın sifətinin əvvəlcə sağ, daha sonra sol tərəfindən vurdum”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra anasına polisə təslim olmağa gedəcəyini bildirib: “Anam buna imkan vermədi və təslim olduğum təqdirdə özünü öldürəcəyini bildirdi. Sonra anam qardaşım İlyasa zəng edərək evə gəlməyini tapşırdı. Sonra qardaşım idarə etdiyi maşınla gəldi. Anamla avtomobilə oturaraq qardaşıma hadisəni danışdıq. Qardaşım polisə təslim olmağı təklif etdi. Bu zaman anam buna imkan vermədi və qardaşıma mənim təslim olduğum təqdirdə özünü öldürəcəyini bildirdi. Qardaşı avtomobili yaxınlıqdakı mağazaya tərəf sürərək mağazadan özünə siqaret aldıqdan sonra birlikdə evə qayıtdıq. Qardaşım da mətbəxdə atamın meyitinə baxdı. Meyiti kənara qoyaraq evi təmizləmək qərarına gəldik. Ona görə də qardaşım marketə gedərək meyiti bükmək üçün sellofan aldı. Aldığı sellofanların birini meyitin baş tərəfindən, digərini isə ayaq tərəfindən keçirərək meyiti tam bağladıq. Sonra meyiti mətbəxdə bir kənara qoyduq və qana bulaşmış yerləri evdəki əskilərlə sildik, sellofana yığdıqdan sonra meyiti apararaq uzaq bir yerə atmaq qərarına gəldik. Ona görə də meyiti atacağımız yeri axtarmağa başladıq. Bundan sonra evə qayıtdıq”. Cavid Bayramov qeyd edib ki, evdə olarkən meyiti İsaxlıgirmə kəndindəki körpüdən çaya atmağı qərara alıblar: “Gecə radələrində qardaşım ilə birlikdə atamın meyitinin avtomobilin arxa oturacağına əyləşdirdik. Bundan başqa evdəki qanı sildiyimiz əskilərin yığıldığı sellofanı avtomobilin yük yerinə qoyduq. Anam maşında qardaşımın yanındakı oturacaqda əyləşdi. Qardaşım avtomobili idarə edərək körpüyə tərəf getdik. İlyas avtomobili körpünün yanında saxladıqdan sonra birlikdə meyiti avtomobildən düşürdük və körpünün üzərinə uzatdıq. Meyiti körpünün üzərindən çaya atdıq. Meyitin üzərindən çıxardığımız sellofanları avtomobilin yük yerindəki sellofanın içinə qoyduq. Bundan sonra həmin sellofanları gizlətmək üçün əmimə məxsus, hazırda heç kəsin yaşamadığı Qazma kəndindəki evinə getdik. Həmin əşyaları ora atdıq. Bundan sonra əmim arvadı Aytənə guya atamın evdən çıxaraq qayıtmadığını, atamın harada olduğunu bilmədiyimizi bildirdik. Aytən atamın İlqargilə gedə biləcəyini dedi. Bunun üçün əmim İlqargilə də getdik. Lakin həmin evdə heç kim olmadığı üçün gecə öz evimizə qayıtdıq”.İş üzrə zərərçəkmiş Qəhrəman Bayramovun hüquqi varisi olan qardaşının sözlərinə görə, Qəhrəman dəfələrlə qanunsuz olaraq narkotik vasitə istifadə etdiyindən məhkum edilib: “Sonuncu dəfə isə təxminən bir həftə əvvəl məhkəmə tərəfindən ev dustaqlığına buraxıldı. Qəhrəmanın evə qayıtmasından xəbərim olmayıb. 23 dekabr 2023-cü ildə, saat 2-3 radələrində qardaşım Rəsulun arvadı Aytən zəng edərək Qəhrəmanın arvadı Arzunun yaşadıqları evə gəldiyini, Qəhrəmanın evdən çıxıb getdiyini, onu tapa bilmədiklərini dediyini bildirdi. Mən də saat gec olduğundan səhəri gözlədim. Tezdən digər bacım və qardaşlarıma zəng edərək Qəhrəmanın harada olmasını soruşdum. Lakin qohumlarım Qəhrəmamın harada olduğunu bilmədik. Onlar da Qəhərmanın hansısa dostu və ya qohumugilə gedərək orada qaldığını düşündülər. Daha sonra dekabrın 23-də günorta saatlarında qardaşım Qəhrəmanın meyitinin İsaxlıgirmə kəndindən keçən çayda tapıldığını öyrəndik. Bundan sonra Qəhrəmanın arvadı Arzu ilə mübahisə etdiyi vaxt onun kiçik oğlu Cavidin balta ilə Qəhrəmanı vurduğunu eşitdim. Qəhrəmangilin yaşadıqları ev yaşadığım evdən uzaqda yerləşdiyindən tez-tez gedib-gəlmədiyimə görə həmin evdə hansısa bir mübahisənin olub-olmamasını bilməmişəm”.Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cavid Bayramov 7 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
demokrat.az

3Mənbələr