AZ

Özəl Tibb Müəssisələri Assosiasiyası təlimlər keçirib

Azərbaycan təcrübəsində ilk dəfə olaraq 8 ali təhsil müəssisəsi və 2 kollecdə beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri təşkil edib

Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Həyata dəstək: ilkin tibbi yardım təlimləri"layihəsini uğurla başa çatdırıb.

Layihə çərçivəsində Azərbaycan təcrübəsində ilk dəfə olaraq ÖTMA“Medic School Training Center” ilə birgə 8 ali təhsil müəssisəsi və 2 kollecdə beynəlxalq standartlara uyğun ilktibbi yardım təlimləri təşkil edib.

Layihənin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrində tələbələrin və müəllimlərin ilk tibb yardım üzrə bilik və praktiki bacarıqlarını artırmaq, bununla da onlarınfövqəladə hallara effektiv cavab vermək bacarıqlarını inkişaf etdirmək, daha təhlükəsiz təhsil mühitinin yaradılmasına yardım göstərməkdir.
Təlimlər Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq protokollarına əsasən sertifikatlaşdırılmış təlimçilər tərəfindən aparılıb. Bu, Azərbaycan təcrübəsində ilk dəfə olaraq təhsil müəssisələrində belə geniş miqyasda ilk tibb yardım təlimlərinin təşkili təcrübəsidir.

Layihə çərçivəsində keçirilən hər bir 4 saatlıq təlim nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edib. İştirakçılar ürək-ağciyər reanimasiyası (CPR), qanaxmaların dayandırılması, tənəffüs yollarının açılması və digər həyati vacib ilk yardım prosedurlarını öyrəniblər. Təlimlərin sonunda test nəticələrinə əsasən uğurlu iştirakçılara sertifikatlar təqdim olunub.

Ümumilikdə 200-ə yaxın tələbə və müəllim bu təlimlərdə iştirak edib. TəlimlərAzərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, UNEC,Xəzər Universiteti, ADMİU nəzdində Humanitar Kollec vəAzərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində keçirilib.

Seçilən
16
4
aznews.az

6Mənbələr