BAKI, 6 noyabr. TELEQRAF
Məşhur futbol karikaturaçısı və animatoru Omar Momani növbəti əsərini "Qarabağ"a həsr edib.
Teleqraf xəbər verir ki, iordaniyalı rəssam Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasında Bakıda İngiltərə “Çelsi”si ilə heç-heçə (2-2) etdiyi oyunu təsvir edib.
O, paylaşıma “Qarabağ” “Çelsi”yə qarşı döyüş ruhu, güc və istək nümayiş etdirdi! Bu heç-heçə isə sanki qələbə kimi hiss olundu” yazısını əlavə edib.
