AZ

DİQQƏT: Bu torpaq sahəsini alsanız, 5 il sata bilməyəcəksiniz

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bələdiyyə ərazisində daimi yaşayan və ən azı 5 il müddətində yaşayış yeri üzrə daimi qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə, həmin qanunun 9.8-ci bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla, fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılması mümkündür”.

Yeniera.az xəbər verir ki , bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi halları istisna olmaqla, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər:

“Əgər müsabiqə və ya hərracdan kənar şəkildə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyədən torpaq əldə etmisinizsə, bu halda 5 il müddətində həmin torpağı sata, bağışlaya və ya torpaq üzərində hər hansı digər əməliyyat apara bilməzsiniz.

Ona görə də bələdiyyədən fərdi yaşayış evinin tikintisi üçün müsabiqə və ya hərracdan kənar torpaq əldə etdikdə, bunu mütləq nəzərə alın ki, 5il ərzində həmin torpaqla bağlı heç bir əməliyyat aparmaq mümkün deyil”.

Seçilən
8
1
busaat.az

2Mənbələr