AZ

Sumqayıtda “çöpçü” qadının saxtakarlığı görüntülərlə ifşa edildi – VİDEO

İzləyicimiz Patrul.az redaksiyasına müraciət edərək Sumqayıt şəhərində fəaliyyət göstərən “çöpçü” qadının insanları aldatdığını iddia edib. Valideyn bildirib ki, övladlarında hər dəfə “çöp qalması” ilə bağlı tanışların məsləhəti əsasında həmin qadının yanına gedib və o, hər dəfə 10 manat qarşılığında guya “çöp çıxarıb”.

NOCOMMENT.az xəbər verir ki, şikayətçi qeyd edib ki, son zamanlar vəziyyətdən şübhələndiyi üçün “çöpçü” qadının icra etdiyi prosesi gizli şəkildə videoya çəkib. Görüntülərdə qadının öz ağzından uşağın burnuna doğru güclü şəkildə üfürərək “çöp çıxarırmış kimi” hərəkətlər etdiyi əks olunur. Videoda vizual olaraq sanki uşağın boğazından nəsə çıxarılır kimi təsir yaransa da, faktiki olaraq qadının sadəcə nəfəs verərək bu təəssüratı yaratdığı və cismi öz ağzından açıq – aydın üfürdüyü görünür.

Valideynin sözlərinə görə, hadisədən sonra uşağın hərarəti 39 dərəcədən düşməyib və həkimlər bunun diş çıxarma mərhələsi ilə bağlı olduğunu bildiriblər. O, məsələnin cəmiyyət üçün ibrət olması məqsədilə ictimailəşdirildiyini və bu qadının fəaliyyətinin araşdırılmasını xahiş edib.

Qeyd edək ki, iddialara görə, sözügedən qadın Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində, “Şamil Market”lə üzbəüz binada yaşayır.

 

Seçilən
21
nocomment.az

1Mənbələr