AZ

PSJ-yə zədələr zərbə vurdu – 3 əsas futbolçu sıradan çıxdı

“Paris Sen-Jermen” rəhbərliyi “Bavariya” ilə keçirilən Çempionlar Liqası oyununun ardından üç futbolçunun ciddi zədə aldığını açıqlayıb.

Fanat.Az həmin futbolçuları təqdim edir:

Əşrəf Hakimi – sol topuğunda ciddi burxulma aşkarlanıb. Mərakeşli müdafiəçi 8–10 həftə yaşıl meydanlardan uzaq qalacaq və yalnız AFCON-un 1/8 final mərhələsinə qədər sağalacağı gözlənilir.

Usman Dembele – sol baldır nahiyəsində ağrı və dartılma problemi yaşayıb. Fransalı ulduzun bərpa müddəti bir neçə həftə davam edə bilər.

Nunu Mendeş – sol dizində burxulma diaqnozu qoyulub. Müdafiəçinin vəziyyəti gündəlik nəzarət altındadır.

Bu zədələr “PSJ” üçün xüsusilə sıx təqvim öncəsi ciddi problem yaradıb və Luis Enrikenin heyət planlarını dəyişməyə məcbur edəcəyi gözlənilir.

Kamil Xudiyev

Seçilən
31
1
fanat.az

2Mənbələr