Söhbət zamanı qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi regiona uzunmüddətli sülh, sabitlik və rifahın gəlməsinə müsbət təsir göstərəcək.
Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası çərçivəsində Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazla görüşüb. Ajans.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.