AZ

FİFA ilin ən yaxşı qapıçısı üçün namizədləri açıqladı - SİYAHI

FİFA 2025-ci ilin ən yaxşı qapıçısı adına namizədlərin adlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, siyahıda dünyanın aparıcı qolkiperləri yer alıb.

FİFA-nın təqdim etdiyi siyahı belədir:

 Alisson Bekker (“Liverpul”, Braziliya)

 Tibo Kurtua (“Real Madrid”, Belçika)

 Canluici Donnarumma (“PSJ” / “Mançester Siti”, İtaliya)

 Emiliano Martines (“Aston Villa”, Argentina)

 Manuel Noyer (“Bavariya”, Almaniya)

 David Raya (“Arsenal”, İspaniya)

 Yan Sommer (“İnter”, İsveçrə)

Voyçex Şesni (“Barselona”, Polşa)

Qalib ilin sonunda keçiriləcək FİFA mükafatlandırma mərasimində elan ediləcək.

Ötən ilin qalibi “Aston Villa”nın argentinalı ulduzu Emiliano Martines olmuşdu. O, bu dəfə də mükafat uğrunda yarışacaq.

Seçilən
57
90deqiqe.az

1Mənbələr