“Qalatasaray” ciddi itki ilə üzləşib.
İdmanxeber.az xəbər verir ki, komandanın futbolçusu Yunus Akgün qasıq nahiyəsindəki ağrılar səbəbindən əməliyyat olunacaq. 24 yaşlı vingerin təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Yunus Akgün bu mövsüm 13 oyunda 4 qol və 2 assistlə yadda qalıb.