Mənbələrin verdiyi məlumata görə, ABŞ Suriya ilə İsrail arasında gələcək təhlükəsizlik müqaviləsinin həyata keçirilməsini dəstəkləmək üçün Dəməşq hava bazasına hərbi kontingent yerləşdirməyi planlaşdırır.
Editor.az xəbər verir ki, “Reuters” agentliyinin verdiyi məlumata görə, Vaşinqton təhlükəsizlik müqaviləsinin həyata keçirilməsini dəstəkləmək üçün Dəməşq hava bazasına qoşun göndərəcək. ABŞ bu müqavilənin bağlanması üçün Suriya ilə İsrail arasında danışıqlarda vasitəçilik edir.
Daha əvvəl ABŞ prezidenti Donald Trampın 10 noyabr Bazar ertəsi günü Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşəcəyi bildirilmişdi. Tərəflər Suriyadakı siyasi keçidlə bağlı əsas məsələləri və regiondakı vəziyyəti sabitləşdirmək üçün mümkün addımları müzakirə etməyi planlaşdırırlar.
//Samir Qurbanov, Editor.az