AZ

Rusiya Çinə və Hindistana neft endirimlərini artırıb

“Urals” markalı neft “Brent”dən 4 dollar ucuz təklif olunur...

Poliqon xəbər verir ki, Rusiya Çinə və Hindistana satdığı xam neft üçün endirimləri əhəmiyyətli dərəcədə artırıb. Bu barədə “Reuters” agentliyi ticarət və emal sektorundakı dörd mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Rusiya neftinin əsas ixrac növü olan “Urals” markasının qiyməti “Brent” markalı neftin dekabr tədarükləri üzrə qiymətindən təxminən 4 dollar ucuz təklif olunur. Bu, son bir ildə qeydə alınmış ən böyük endirim hesab olunur.

Qeyd edilir ki, əvvəlki aylarda bu fərq 2 dollar səviyyəsində idi. Hazırkı endirimlər 2022-ci ilin ilk sanksiya dalğasından sonrakı dövrlə müqayisədə nisbətən azdır. Həmin vaxt “Urals” nefti “Brent”lə müqayisədə təxminən 8 dollar ucuz satılırdı.

Ekspertlər hesab edirlər ki, Rusiyanın bu qərarı Asiya bazarında rəqabət qabiliyyətini qorumağa yönəlib. Moskva, xüsusilə Qərb sanksiyalarından sonra, Asiya istiqamətində neft ixracını genişləndirərək Çin və Hindistanla ticarət münasibətlərini daha da gücləndirməyə çalışır.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr