AZ

Prezident İlham Əliyev əsl liderlik nümunəsi göstərib - Stiv Uitkoff

Bakı. Trend:

Prezident İlham Əliyev əsl dövlət liderliyi və müdrik qərarvermənümunəsi nümayiş etdirib.

Trend-inməlumatına görə, bu fikri ABŞ Prezidentinin xüsusi nümayəndəsi StivUitkoff Mayamidə keçirilən biznes forumunda çıxışı zamanısəsləndirib.

"Prezident İlham Əliyevin daha güclü ordusu var. O, fürsətdənistifadə edərək öz torpağını geri aldı", – deyə Uitkoffbildirib.

O həmçinin qeyd edib ki, avqustun 8-də Oval Ofisdə keçiriləngörüş zamanı ABŞ Prezidenti Donald Tramp Azərbaycan liderindənsoruşub: "Niyə dayandınız? Sizin qələbəniz var idi, böyük ordunuzvar idi."

Prezident İlham Əliyev isə cavabında bildirib: "Mən bizdənalınanları geri qaytarmaq istəyirdim. Mənə daha çoxu lazımdeyil."

Stiv Uitkoff bu mövqeni "möhtəşəm qərar" adlandıraraq, Prezidentİlham Əliyevin müdrik və məsuliyyətli dövlət başçısı kimidavranışını yüksək qiymətləndirib.

Seçilən
85
6
az.trend.az

7Mənbələr