AZ

Habsburqlara məxsus “Florensiyalı” almazı Kanadada 50 ildən çox gizlədilib

Habsburqlara məxsus “Florensiyalı” almazı Kanadada 50 ildən çox gizlədilib

Avstriya imperiyasına rəhbərlik etmiş Habsburq sülaləsinə aid məşhur “Florensiyalı” almaz ötən əsrin ortalarından bəri Kanadada gizli şəkildə saxlanılırmış.

AFN.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb. Bildirilir ki, almaz İkinci Dünya müharibəsi zamanı Habsburq ailəsi Kanadaya qaçdıqdan sonra orada bir bankın seyfində yerləşdirilib və yarım əsrdən artıq müddət ərzində bu barədə məlumat ictimaiyyətdən gizli qalıb.

Habsburq sülaləsinin üç varisi qəzetə bildirib ki, daşın yeri haqqında heç kimə məlumat verilməyib, çünki məqsəd onun təhlükəsizliyini təmin etmək olub.

Ailənin nümayəndələrindən biri – imperator I Karlın nəvəsi Karl fon Habsburq-Lotaringen deyib: “İllər boyu bu almaz haqqında bizə suallar verilib... Açığı, mən bu yaxınlara qədər onun mövcudluğundan belə xəbərsiz idim, buna görə də rahatlıqla dürüst cavab verə bilirdim”.

O əlavə edib ki, daşın yeri barədə nə qədər az adam bilsə, onun təhlükəsizliyi bir o qədər çox olur. Habsburqlar artıq almazın yaxın illərdə Kanadadakı muzeylərdən birində sərgilənməsi barədə qərar qəbul ediblər.

Kembric Universitetinin Kristo Kollecinin tədqiqatçısı Riçard Bassett bu hadisəni “bir əsr boyu belə qiymətli daşın demək olar ki, anonim şəkildə qorunub saxlanmasını” heyrətamiz nailiyyət adlandırıb.

Tarixi məlumatlara görə, 137 karatlıq “Florensiyalı” almaz Habsburqlardan əvvəl Florensiyanı idarə edən məşhur Mediçi ailəsinə məxsus olub.

Seçilən
21
afn.az

1Mənbələr