...Prokurorlar Moskvanın Viktorenko küçəsindəki mənzildən Nils adlı tülkünü azad ediblər.
SİA xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat verib.Binanın sakini qonşularının vəhşi heyvan saxladığını görərək şöbəyə şikayət ərizəsi ilə müraciət ediblər.
...Savelovskaya Rayonlararası Prokurorluğu tərəfindən aparılan araşdırma mənzildə həqiqətən də tülküolduğu təsdiqlənib.
Ev sahibləri onu həyətdə kəmərlə gəzdiriblər və uşaqlar tez-tez yaxınlıqda oynayırmışlar.
Tülküdən əlavə, mənzildə 15 toyuq, iki xoruz və iki it saxlanılıb.
Bu sayda heyvan mənzildə antisanitar şərait yaradıb və heyvanların rifahı qaydalarını pozub.
Üç yaşlı Nils Moskva Zooparkında mütəxəssislərə təhvil verilib. Orada heyvan reabilitasiyadan keçəcək və zooloqların nəzarəti altında qalacaq.
Prokurorluq qanunun vəhşi heyvanların yaşayış yerlərində saxlanılmasını qadağan etdiyini qeyd edib.
Bu cür hallar həm heyvanların özləri, həm də insanlar üçün təhlükə yaradır.
...Daha əvvəl Moskvada xilasedicilər Elsa adlı spanieli quyudan çıxarıblar. Köpək dörd metr dərinliyindəki lyukda, boynuna qədər suda qalmışdı. O, ciddi xəsarət almadan çıxarılıb - yalnız kiçik cızıqlar alıb.
Nazlı Almuradova