AZ

Prezident İlham Əliyev əsl liderlik nümunəsi göstərib Stiv Uitkoff

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident İlham Əliyev əsl dövlət liderliyi və müdrik qərarvermə nümunəsi nümayiş etdirib.

Trend-in məlumatına görə, bu fikri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə keçirilən biznes forumunda çıxışı zamanı səsləndirib.

"Prezident İlham Əliyevin daha güclü ordusu var. O, fürsətdən istifadə edərək öz torpağını geri aldı", – deyə Uitkoff bildirib.

O həmçinin qeyd edib ki, avqustun 8-də Oval Ofisdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Azərbaycan liderindən soruşub: "Niyə dayandınız? Sizin qələbəniz var idi, böyük ordunuz var idi."

Prezident İlham Əliyev isə cavabında bildirib: "Mən bizdən alınanları geri qaytarmaq istəyirdim. Mənə daha çoxu lazım deyil."

Stiv Uitkoff bu mövqeni "möhtəşəm qərar" adlandıraraq, Prezident İlham Əliyevin müdrik və məsuliyyətli dövlət başçısı kimi davranışını yüksək qiymətləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
6
sherg.az

7Mənbələr