AZ

Qəddafinin oğlu azadlığa buraxıldı

BAKI, 6 noyabr. TELEQRAF

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Hannibal azadlığa buraxılıb.

Teleqraf xəbər verir ki, Hannibal Qəddafinin ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb.

Livan məhkəməsi həmçinin Hannibal Qəddafinin əvvəllər 11 milyon dollar məbləğində müəyyən edilmiş girov müqabilində azadlığa buraxılması barədə qərarı da qüvvədən salıb.

50 yaşlı Hannibal 2015-ci ildə siyasi mühacirətdə yaşadığı qonşu Suriyadan "Amal" yaraqlıları tərəfindən qaçırılıb və daha sonra Livanın hüquq-mühafizə orqanlarına təhvil verilib. O, 2017-ci ildə Liviyada yoxa çıxan şiə imamı Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.

Seçilən
19
teleqraf.com

1Mənbələr