2 ay öncə qalmaqallı şəkildə ''Fənərbaxça''dan ayrılaraq ''Benfika''nın başına keçərkən ''öz səviyyəmə qayıtdım'' açıqlamasını verən Joze Mourinyo vətənində kabus yaşamaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, daxili çempionatda Lissabon nəhənginin işləri pis getməsə də, Çempionlar Liqasında komanda fanatlarına əsil şok yaşadır.
''Benfika'' bu dəfə evdə ''Bayer-04''ə minimal hesabla məğlub oldu. Patrik Şikin ikinci hissənin ortalarında vurduğu qol oyunda yeganə oldu. Baxmayaraq ki, meydan sahibləri 90 dəqiqə ərzində qapıya 21, qonaqlar 7 zərbə endirdilər. ''Qartallar'' 4-cü həftəni də xalsız tamamladılar. ''Benfika'' hələ də ''Ayaks''la birlikdə aktivində xal olmayan iki klubdan biridi.
Maraqlıdı ki, növbəti turda bu iki kollektiv üz-üzə gələcək. Ötən mövsümü də nəzərə alsaq, ''Benfika''nın ÇL-də məğlubiyyət seriyası 6 oyuna yüksəldi. Komanda tarixi ərzində cəmi 3-cü dəfə bir təqvim ilində ÇL-də ən azı 6 məğlubiyyətə çatdı.
Lissabonlular daha öncə bu uğursuzluğu 2008 və 2017-ci ildə yaşamışdılar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta