AZ

Qara dəniz üzərində ABŞ kəşfiyyat təyyarəsi görünüb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində Krım sahillərində müşahidə olunub.

Teleqraf xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing RC-135U Combat Sent kəşfiyyat təyyarəsi yenidən Krım sahilləri və Krasnodar diyarı yaxınlığında Qara dənizin neytral suları üzərində görünüb.

JAKE37 zəng işarəsi olan təyyarə Böyük Britaniyadan havaya qalxıb. Bu, onun son bir neçə gündə bölgəyə ikinci missiyasıdır; əvvəlki uçuş 4 noyabrda baş verib.

RC-135U Combat Sent strateji elektron kəşfiyyat üçün nəzərdə tutulub. Quru, dəniz və hava qüvvələrinin fəaliyyətini izləmək qabiliyyətinə malikdir.
Seçilən
1
3
sherg.az

4Mənbələr