AZ

Argentina millisinin yeni heyəti açıqlandı - Messi də çağırılıb

Argentina millisinin baş məşqçisi Lionel Skaloni noyabr toplanışı üçün komandaya dəvət olunan futbolçuların adlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, milli komandanın heyətinə bu oyunçular daxil edilib:

Rulli, Benites, Molina, Foyt, Romero, Otamendi, Senesi, Talyafiko, Valentin Barko, Mak Allister, Perrone, De Paul, Enso Fernandes, Almada, Lo Çelso, Pas, Messi, Simeone, Prestyanni, Nikolas Qonsales, Lautaro Martinez, Lopes, Alvares və Panichelli.

Beləliklə, Lionel Messi də milli komandaya çağırılıb.

Argentina yığması noyabr ayında yalnız bir yoldaşlıq görüşü keçirəcək — rəqib Anqola olacaq. Qarşılaşma noyabrın 14-də, cümə günü baş tutacaq.

Qeyd edək ki, Argentina artıq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Seçilən
56
90deqiqe.az

1Mənbələr