Rusiyanın Moskva vilayətinin Aprelevka şəhərində yaşlı qadının meyiti tapılıb.
AzPost MK nəşrinə istinadla xəbər verir ki, hadisə noyabrın 3-də baş verib.
Məlumata görə, hadisə barədə polisə mərhumun nəvəsi məlumat verib. O, əvvəlcə nənəsinin ölümünün səbəbini gizlədib, lakin sonradan verdiyi ifadədə yaşlı qadını mübahisə zamanı parça dəsmalla boğduğunu etiraf edib.
Moskva vilayəti üzrə İstintaq Komitəsinin baş idarəsinin böyük köməkçisi Olqa Vradiy bildirib ki, istintaq orqanları yaxın vaxtlarda məhkəməyə müraciət edərək qadının barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək.
Hadisənin dəqiq səbəbləri və mübahisənin nədən yarandığı araşdırılır. Qonşuların sözlərinə görə, ailə arasında əvvəllər də münaqişələr yaşanıb. Qadının günahı sübuta yetirilərsə, onu uzunmüddətli azadlıqdan məhrumetmə cəzası gözləyir.