AZ

İsrail hücum edir, livanlılar bölgəni tərk edir Yeni savaş işartısı gəlir

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubunu bu gün ardıcıl zərbələrə məruz qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, artıq qəsəbə və kəndlərin intensiv atəşə tutulması nəticəsində yüzlərlə ailə evlərini tərk edir: "Cənubda kənd, qəsəbə və şəhərlər artıq boşaldılır, əhali ölkənin təhülkəsiz, yəni, atəş altında olmayan bölgələrinə qaçır"

Livan hökuməti isə İsrali təcavüzdə ittiham edib,  beynəlxalq qurumlardan dəstək istəyib.

İsrail ordusu isə daha böyük hücumun xəbərdarlığını edib.

Ordu sözçüsü Aviçay Adraee Livandakı Ət-Tayba, Tayr Debba və Ayta Cəbəl şəhərlərinə hücum edəcəklərini açıqlayıb. O, xəritə paylaşaraq, əhalidən işarələnmiş bölgələri tərk etməyi tələb edib.

Adraee bildirib ki, onlar Ət-Tayba, Tayr Debba və Ayta Cəbəl şəhərlərində "Hizbullah"a məxsus hərbi obyektlərə hava hücumları həyata keçiriləcək.

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
mia.az

1Mənbələr