AZ

Sudanda BƏƏ-nin dəstəklədiyi üsyançı RSF atəşkəslə razılaşıb

ABŞ və ərəb ölkələrinin təklifi ilə humanitar atəşkəs gündəmə gəlib...

Poliqon xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəyini alan Sürətli Reaksiya Qüvvələri (RSF) ABŞ və bir sıra ərəb dövlətlərinin təklifi əsasında humanitar atəşkəslə razılaşıb. Lakin ölkədə hakimiyyəti əlində saxlayan ordu rəhbərliyinin başçılıq etdiyi hökumət hələlik bu təklifə rəsmi cavab verməyib.

Mənbələrin məlumatına görə, atəşkəsin əsas məqsədi Sudanda humanitar böhranın dərinləşməsinin qarşısını almaq, mülki əhalinin təxliyəsini və beynəlxalq yardımın bölgələrə çatdırılmasını təmin etməkdir. Təklif ABŞ, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ tərəfindən birgə irəli sürülüb.

RSF nümayəndələri bəyan ediblər ki, onlar “humanitar dəyərlərə sadiq qalaraq” döyüş əməliyyatlarını müvəqqəti dayandırmağa razıdırlar. Bununla belə, ordu rəhbərliyinin susqunluğu danışıqlarda irəliləyişin hələ qeyri-müəyyən olduğunu göstərir.

Ekspertlər hesab edirlər ki, əgər tərəflər atəşkəs razılaşmasına gələ bilsələr, bu, Sudandakı uzunmüddətli vətəndaş müharibəsinin dayandırılması istiqamətində ilk real addım ola bilər.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr