AZ

Bred Pitt Ancelina Coliyə qarşı 35 milyon dollarlıq iddia qaldırdı

BAKI, 7 noyabr. TELEQRAF

Aktyor Bred Pitt keçmiş sevgilisi, aktrisa Ancelina Colidən milyonlarla dollar təzminat tələb edib.

Teleqraf xəbər verir ki, aktyor aktrisanın Fransanın "Chateau Miraval " şərab zavodundakı payına göz dikib.

2022-ci ilin noyabrında Pitt evlilik dövründə əldə etdikləri şərab zavodu ilə bağlı Coliyə qarşı iddia qaldırıb. Aktyor keçmiş həyat yoldaşının şirkətdəki payını onun razılığı olmadan üçüncü şəxsə satdığını iddia edib.

2025-ci ilin oktyabr ayının sonlarında Pittin nümayəndələri iddia ərizəsini məhkəməyə təqdim ediblər. Pitt Coliyə qarşı 35 milyon dollarlıq iddia qaldırıb.

Məhkəmə sənədlərində aktyor vurğulayır ki, komandası Coliyə şərab zavodundaki payına görə 55 milyon dollar ödəməsini təklif edib, lakin o, danışıqlardan imtina edib və payını Stoliyə satıb. Coli iddia edir ki, Pitt şəxsi həyatlarını müzakirə etməsinə mane olan gizli müqavilə imzalamasını tələb etdiyi üçün onunla danışmaqdan imtina edib.

Bred Pitt və Ancelina Coli 2014-2016-cı illərdə evli olublar. Cütlüyün altı övladı var.

Seçilən
40
teleqraf.com

1Mənbələr