UEFA Çempionlar Liqasının 4-cü turunda həftənin ən yaxşı futbolçusu açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, “Mançester Siti”nin oyunçusu Fil Foden azarkeş sorğusuna əsasən bu ada layiq görülüb.
İngiltərəli vinger “Borussiya”ya qarşı 4:1 hesablı qələbədə 2 qol vurub və 90 dəqiqə meydanda olub.