Bakı. Trend:
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin Meksikanın daxiliişlərinə qarışmasına qəti şəkildə qarşı olduğunu bəyan edib.
Trend-inməlumatına görə, dövlət başçısı bu barədə gündəlik mətbuatkonfransında çıxışı zamanı bildirib.
"ABŞ-dən heç bir müdaxilə olmayacaq. Bir neçə nəfər istisnaolmaqla, demək olar ki, heç bir meksikalı kənardan müdaxilə və yatəzyiqin olmasını istəmir", – deyə Şeynbaum vurğulayıb.
O qeyd edib ki, Meksika ABŞ hökuməti ilə dialoqa və əməkdaşlığaüstünlük verir: "Heç bir halda müdaxiləyə yol verməyən çərçivəmüqaviləmiz var. Bu, qarşılıqlı əməkdaşlığa əsaslanır."
Prezidentin sözlərinə görə, Meksika azad, müstəqil və suverendövlət kimi fəaliyyətini davam etdirir.
Qeyd edək ki, daha əvvəl NBC kanalı Tramp administrasiyasınınMeksikada narkotik kartelləri ilə mübarizə məqsədilə yeni hərbiəməliyyat planı üzərində işlədiyini, bu çərçivədə ABŞ hərbçiləri vəkəşfiyyat əməkdaşlarının ölkədə quru əməliyyatlarına cəlbedilməsinin nəzərdə tutulduğunu xəbər vermişdi.