AZ

Hamısını məhv etdik! Kadırov

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şeyx Mənsur atıcı batalyonuna daxil olan dron operatorları Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin möhkəmləndirilmiş mövqelərini məhv ediblər.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Çeçenistan lideri Ramzan Kadırov teleqram kanalında bildirib.

Kadırovun sözlərinə görə, PUA-ların (pilotsuz uçan aparatların) tətbiqi ilə aparılan hava kəşfiyyatı zamanı düşmənin möhkəmləndirilmiş mövqeləri, meşəlikdə kamuflyaj edilmiş əraziləri və şəxsi heyətin hərəkətləri üzə çıxıb.

Dron operatorları dərhal dəqiq atışlarla hədəfləri zərərsizləşdirib, batalyonun artilleriyası isə istehkamların dağıdılmasında iştirak edərək koordinatları ötürüb.

Kadırov iddia edib ki, düşmənin sığınacaqlarından qırıntılardan başqa heç nə qalmayıb və batalyonun FPV dronu Ukrayna hərbçilərini daşıyan nəqliyyat vasitəsini də məhv edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
globalinfo.az

1Mənbələr