AZ

Lənkəranda “Xalqın zəfər təntənəsi” adlı tədbir keçirilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Lənkəran, 7 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda Vətən müharibəsində qazanılmış qələbənin 5-ci ildönümü ilə əlaqədar “Xalqın zəfər təntənəsi” adlı tədbir təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, icra hakimiyyətinin və digər dövlət qurumlarının rəhbər şəxsləri, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti, gənclər, könüllülər, idmançılar iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini və vətənpərvərlik ruhunu misilsiz şəkildə nümayiş etdirdi. Məhz bu həmrəylik və birlik sayəsində xalqımız böyük qələbə qazandı və bu qələbə ölkəmizi bərpa, yenidənqurma və inkişaf mərhələsinə yüksəltdi.

Qeyd olunub ki, tarixi zəfərimizin 5 illiyi həm də abadlıq və quruculuq dövrü kimi mühüm əhəmiyyət daşıyır. Bu gün yetişən gənc nəsil həmin qələbənin məsuliyyətini dərk etməli, onu qoruyub gələcək nəsillərə ötürmək kimi şərəfli missiyanın daşıyıcısına çevrilməlidir.

Tədbir gənclər və könüllülər tərəfindən hazırlanmış bədii hissə ilə davam edib. İdmançılar boks, cüdo, karate, ağırlıqqaldırma və digər idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər. Gənc rəssamların əl işləri və sənətkarlıq nümunələri sərgilənib. Səhnədə gənc müğənnilərin ifasında vətənpərvərlik ruhunda mahnılar və rəqslər təqdim olunub, zəfərə həsr edilmiş şeirlər səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
azertag.az

1Mənbələr