AZ

Uitkoff İlham Əliyevin Trampı necə heyran etdiyindən danışıb

Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş əraziləri azad etdikdən sonra Ermənistana qarşı hərbi əməliyyatları dayandırmaqla əsl dövlətçilik nümunəsi göstərib. Bunu “Fox News” telekanalına açıqlamasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

 

Onun sözlərinə görə, avqustun 8-də Oval kabinetdə keçirilən görüş zamanı Donald Tramp Azərbaycan prezidentindən “Qələbə qazandınız, böyük ordunuz var. Niyə dayandın?”, - deyə soruşub.

 

Prezident İlham Əliyev isə cavabında deyib: “Mən yalnız bizdən alınanı geri qaytarmaq istəyirdim. Daha artığına ehtiyacım yoxdur”.

 

“Bu, liderliyin heyranedici nümunəsi idi”, - Uitkoff əlavə edib.

 

APA

Tarix: 7 Noyabr 2025, 01:11   
Seçilən
7
4
pravda.az

5Mənbələr