AZ

“Şaxtyor” Konfrans Liqasında növbəti qələbəsini qazandı

UEFA Konfrans Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində keçirilən görüşdə Ukraynanın “Şaxtyor” komandası İslandiyanın “Breydablik” klubu ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, oyun Polşanın Krakov şəhərində, Henrik Reyman adına “Meyski” stadionunda baş tutub.

Matçda qələbəni 2:0 hesabı ilə nominal meydan sahibləri – “Şaxtyor” futbolçuları qazanıblar.

Ukrayna təmsilçisinin heyətində Aртом Bondarenko 28-ci dəqiqədə hesabı açıb, Kauan Elias isə 66-cı dəqiqədə komandasının üstünlüyünü artırıb.

Bu nəticədən sonra “Şaxtyor” turnirdəki xalını 6-ya yüksəldib və 3 oyundan sonra ümumi mərhələnin turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. “Breydablik” isə 3 oyundan 1 xalla 31-ci yerdə yer alır.

Seçilən
87
90deqiqe.az

1Mənbələr