AZ

Trampın mətbuat konfransı zamanı iştirakçılardan biri huşunu itirib

Bakı. Trend:

Ağ Evin Oval Kabinetində ABŞ Prezidenti Donald Trampın iştirakıilə keçirilən mətbuat konfransı gözlənilmədən dayandırılıb.

Trend xəbər verirki, tədbir iştirakçılarından birinin huşunu itirməsi səbəbindənkonfrans yarıda kəsilib. Hadisə "Fox News" telekanalının canlıefiri zamanı baş verib.

ABŞ-nin “Eli Lilly” dərman şirkətinin baş direktoru çıxışedərkən kamera zalda əyləşən bir iştirakçıya yönəlib. Görüntülərdəhəmin şəxsin əlini ürəyinin üzərinə qoyaraq yerə yıxıldığı əksolunub.

Digər iştirakçılar dərhal ona yardım göstəriblər, daha sonra isəjurnalistlərdən otağı tərk etmələri xahiş olunub.

Məlumata görə, huşunu itirən şəxs “Novo Nordisk” şirkətininnümayəndəsi Qordon Findley ola bilər. Hadisənin təfərrüatlarıbarədə əlavə məlumat açıqlanmayıb.

Seçilən
29
az.trend.az

1Mənbələr