AZ

Hindistan Rusiyadan neft alışını əsasən dayandırıb – Tramp

Hindistan "əsasən" Rusiya neftini almağı dayandırıb.        

Musavat.com xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.  O, Hindistanın Baş naziri Narendra Modi ilə ticarət danışıqlarının "əla" getdiyini deyib: "Hindistan şirkətləri Rusiyadan neft almağı dayandırıblar. "O (Narendra Modi-red.) mənim dostumdur. O, mənim ora getməyimi istəyir".

Tramp Hindistana səfər edəcəyinə söz verib. Bunun 2026-cı ildə baş verib-verməyəcəyi soruşulduqda, o, "ola bilsin" cavabını verib.

Qeyd edək ki, 2022-ci ildə Ukraynada işğalçı müharibənin başlanması ilə Hindistan endirimli Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib. Rusiyadan bu cür idxal hazırda Hindistanın xarici xam neft tədarükünün təxminən üçdə birini təşkil edir. Ölkənin Xarici İşlər Nazirliyi əvvəllər Hindistanın enerji idxalında istehlakçı maraqlarına üstünlük verdiyini bildirmişdi.

6 avqustda ABŞ Rusiya nefti və neft məhsullarını aldığına görə Hindistana əlavə 25 faiz tarif tətbiq edib. Avqustun sonuna qədər Hindistan mal və xidmətlərinə rüsumlar 50 faizə qaldırılıb.

15 oktyabrda Tramp bildirib ki, Modi şəxsən ona Yeni Dehlinin Rusiya neftini almağı dayandırmaq istəyi barədə məlumat verib. O vaxtdan bəri Amerika lideri oxşar açıqlamaları bir neçə dəfə təkrarlayıb. O, həmçinin Hindistanın 2025-ci ilin sonuna qədər Rusiyadan neft almağı demək olar ki, tamamilə dayandıracağı fikrini də səsləndirib.

 

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr