AZ

PAOK doğma meydanda “Yanq Boyz”u darmadağın etdi

Avropa Liqasının 2025/2026 mövsümü üzrə ümumi mərhələsinin 4-cü turunda Yunanıstanın PAOK klubu İsveçrə təmsilçisi “Yanq Boyz”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş Salonikidəki “Tumba” stadionunda keçirilib.

Matç 4:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Oyunun 54-cü dəqiqəsində PAOK-un müdafiəçisi Alessandro Byanko hesabı açıb. İkinci hissənin ortalarında hücumçu Georqios Yakumakis Maqomed Ozdoevin ötürməsindən sonra komandasının ikinci qolunu vurub. 72-ci dəqiqədə yarımmüdafiəçi Yannis Konstantelias fərqi artırıb, 76-cı dəqiqədə isə müdafiəçi Abdul-Rəhman Baba yekun nəticəni müəyyənləşdirib – 4:0.

Maqomed Ozdoev 66-cı dəqiqədə meydana daxil olub, rusiyalı hücumçu Fyodor Çalov isə 79-cu dəqiqədə oyuna qoşulub.

Növbəti turda Rəzvan Luçeskunun komandası “Brann”la, Corco Kontininin rəhbərlik etdiyi “Yanq Boyz” isə “Aston Villa” ilə noyabrın 27-də qarşılaşacaq.

Seçilən
115
90deqiqe.az

1Mənbələr