AZ

Fransada sakin bağında 700 min avro dəyərində qızıl tapıb

Bakı. Trend:

Fransanın Lion şəhəri yaxınlığındakı Nevill-sür-Son kommunasındayaşayan bir sakin öz bağında 700 min avro dəyərində qızıl külçələrvə sikkələr aşkarlayıb.

Trend xəbər verirki, o, həyətdə hovuz üçün çuxur qazarkən xəzinəyə rast gəlib.Tapılan qızılların hamısının diqqətlə plastik torbalara büküldüyübildirilib.

“Regional mədəniyyət şöbəsi məsələni araşdırıb və arxeolojixəzinə ehtimalını istisna edib. Bu isə o deməkdir ki, tapıntınıaşkar edən şəxs qanuni şəkildə onun sahibi hesab olunur”, – deyə“France Info” məlumat yayıb.

Hüquq-mühafizə orqanları qızıl külçələrin üzərindəki nömrələriaraşdıraraq onların təxminən 20 il əvvəl Lionda yerləşən birmüəssisədə istehsal edildiyini müəyyən ediblər. Qızılın qanuniyolla əldə edildiyi bildirilib.

Əmlakın əvvəlki sahibinin vəfat etdiyi üçün qızılların kimtərəfindən gizlədildiyini müəyyənləşdirmək mümkün olmayıb.

Seçilən
87
1
az.trend.az

2Mənbələr