Vaşinqton, 7 noyabr, AZƏRTAC
BMT Təhlükəsizlik Şurası Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın İŞİD və “Əl-Qaidə” terror qruplarının üzvlərini və tərəfdarlarını hədəf alan sanksiya tədbirlərindən kənarlaşdırılması barədə qətnamə qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, ABŞ-ın irəli sürdüyü qətnamədə Suriyanın daxili işlər naziri Ənəs Xəttab üzərindən də sanksiyalar qaldırılıb. Qərarın lehinə 14 səs verilib, Çin bitərəf qalıb.
Noyabrın 10-da Əhməd Əl Şaraa Ağ evdə ABŞ Prezidenti Donald Trampa görüşəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton