Azərbaycan II Liqasında çıxış edən "Şirvan"ın futbolçusu Qərib İbrahimov 4 oyunluq cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Buna futbolçunun VII turda "Quba" ilə matçın 5-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Q.İbrahimovun hərəkətinə görə "Şirvan" klubu 1000 manat cərimələnib.