AZ

Tramp Qazaxıstana səfər edə bilər

BAKI, 7 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Qazaxıstana səfər etmə ehtimalını “çox mümkün” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Trampdan onun Qazaxıstana səfər edib-etməyəcəyi soruşulub.

“Düşünürəm ki, bunu etmək çox mümkündür”, – deyə ABŞ lideri cavab verib.

Xatırladaq ki, Tramp sentyabr ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığından sonra da ölkəyə səfər edə biləcəyini istisna etməmişdi.

Seçilən
81
teleqraf.com

1Mənbələr