AZ

Tramp nüvəsizləşdirmə ilə bağlı Rusiya və Çin liderləri ilə danışıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vaşinqton, 7 noyabr, AZƏRTAC

Bizim kifayət qədər nüvə silahımız var. Biz birinci, Rusiya ikinci, Çin üçüncüdür”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, nüvəsizləşdirmənin çox yaxşı iş ola biləcəyini bildirib.

“Dünyanı 150 dəfə partlada bilərik. Buna ehtiyac yoxdur. Ona görə də həqiqətən düşünürəm ki, bizdə alınacaq. Mən bu barədə Prezident Putinlə və Çin sədri Si Çinpin ilə danışmışam. Hər kəs bütün bu pulu başqa şeylərə, insanlara, həqiqətən də, insanlara fayda verə biləcək şeylərə xərcləmək istəyər. Mən düşünürəm ki, nüvəsizləşdirmə baş tuta bilər. Mən sülh istəyirəm və biz bütün dünyada sülh arzulayırıq”.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
3
azertag.az

4Mənbələr